• Bakı 7° C

    8.18 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Orban Paris Olimpiadasının açılış mərasimini tənqid etdi

DÜNYA

27 Iyul 2024 | 21:14 | Müəllif: Subhan Mahmudov

Orban Paris Olimpiadasının açılış mərasimini tənqid etdi

"Paris Olimpiadasının açılış mərasimi göstərdi ki, Qərbdə ortaq mənəvi zəmin yoxdur". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın baş naziri Viktor Orban deyib. 

"Qərb düşünür ki, artıq milli dövlətlər yoxdur. Nəticədə ortaq mədəniyyətin və onun üzərində qurulmuş ümumi əxlaqın olduğunu inkar edirlər. Ortaq dəyərlər yoxdur - əgər siz dünən Olimpiya Oyunlarının açılışına baxsanız, bunu görərdiniz", - Orban bildirib.

O, Mərkəzi Avropa ölkələrinin milli dövlətlərin qorunub saxlanmasını müdafiə etdiyini vurğulayıb. Orbanın sözlərinə görə, müəyyən dəyərlər toplusundan bibliya əsasında qurulan ümumi əxlaqi tələblər yaranır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026