• Bakı 11° C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistanın keçmiş nazirinin həbs müddəti azaldıldı

DÜNYA

26 Avqust 2024 | 19:40 | Müəllif: Subhan Mahmudov

Ermənistanın keçmiş nazirinin həbs müddəti azaldıldı

İrəvan məhkəməsi Respublika Partiyasının (2018-ci ilə qədər hakimiyyətdə olan - red.) sədr müavini, keçmiş təhsil və elm naziri Armen Aşotyanın həbs müddətini azaldıb və onun sentyabrın 15-dək həbsdə saxlanmasına qərar verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə keçmiş nazirin vəkili Tiqran Atanesyan sosial şəbəkələrdə məlumat verib.

Müdafiə tərəfi daha əvvəl 3 aylıq həbs-qətimkan tədbiri ilə bağlı iyulun 11-də çıxarılan qərardan müvafiq apellyasiya şikayəti verib.

Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi isə müddəti bir ay azaldaraq onu təmin edib.

Xatırladaq ki, Aşotyan 2023-cü ilin iyun ayından həbsdədir. Siyasətçi İrəvan Dövlət Tibb Universitetinin keçmiş rektoru Mikael Narimanyan universitetin təxminən 100 min dollar məbləğində əmlakını mənimsəməkdə ittiham olunurlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026