• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

İtaliya Təl-Əvivə uçuşları bu tarixədək uzatdı

DÜNYA

26 Avqust 2024 | 19:48 | Müəllif: Subhan Mahmudov

İtaliya Təl-Əvivə uçuşları bu tarixədək uzatdı

İtaliyanın “ITA Airways” aviaşirkəti İsrailin paytaxtı Təl-Əvivə aviareysləri dayandırmaq qərarının vaxtını uzadıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb.

Vurğulanıb ki, Yaxın Şərqdəki gərginlik səbəbindən sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi üçün Təl-Əvivə ikitərəfli uçuşlar sentyabrın 3-dək dayandırılıb. Həmçinin aviaşirkət Roma-Təl-Əviv və Təl-Əviv-Roma müntəzəm reyslərini də sentyabrın 30-dək dayandırıb.

Qeyd edək ki, “ITA Airways” Yaxın Şərqdəki gərginliklə əlaqədar avqustun 2-dən etibarən Təl-Əvivə uçuşları dayandırıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR