• Bakı 16° C

    10.73 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Yeni Dehlidə ən yüksək temperatur qeydə alınıb

DÜNYA

29 May 2024 | 10:25 | Müəllif: Gülşən Şərif

Yeni Dehlidə ən yüksək temperatur qeydə alınıb

Yeni Dehlidə temperatur rekord həddə, 49,9°C-ə yüksəlib

Bakıvaxtı.az "arab.news"a istinadən xəbər verir ki, bu barədə Hindistan Meteorologiya Departamenti məlumat yayıb.

Yeni Dehli səlahiyyətliləri xüsusilə körpələr, yaşlılar və xroniki xəstəlikləri olanlar üçün istinin sağlamlığa təsiri ilə bağlı xəbərdarlıq ediblər. Bundan başqa, isti hava su qıtlığına da səbəb olub.

"Su qıtlığı problemini həll etmək üçün bir çox bölgələrdə gündə iki dəfə olan su təchizatı bir dəfəyə salınıb. Qənaət edilən su normalaşdırılacaq və gün ərzində 15-20 dəqiqəlik müddətlə su çatışmazlığı olan ərazilərə veriləcək" - deyə rəsmilər qeyd edib.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR