• Bakı 16° C

    9 m/s

  • USD - 1.7

    EUR - 1.8316

    RUB - 0.0185

Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO

CƏMİYYƏT

28 Aprel 2024 | 19:11

Abid Şərifov oğlunun ölümündən danışdı: Belimi qırdı - VİDEO

Baş nazirin sabiq müavini Abid Şərifov yeganə oğlu Elçin Şərifovun ölümündən danışıb. 

Bakıvaxtı.az xəbər verir ki, ASAN TV-yə qeyri-rəsmi müsahibə verən keçmiş məmur oğlunda iflicolmanın 1997-ci ildən başladığını bildirib. 

"Elçin mənim belimi qırdı. Sol qıçından problem başladı. Yavaş-yavaş bütün bədənə yayıldı. 1997-ci ildə onu 1 aylıq ABŞ-yə apardım. Mənə rəhmətlik Natiq Əliyev kömək etmişdi. Bildirdilər, bunun müalicəsi yoxdur. Almaniyaya, İngiltərəyə, İsrailə də aparıldı, xeyri olmadı. Səbəbi stress və qorxu göstərildi. 25 ilə yaxın onu müalicə etdirdik. Qismətimiz belə imiş. Allah heç kimə, heç düşmənimə də bala dərdi göstərməsin. Övlad dərdi çətin məsələdir", - deyə A.Şərifov qeyd edib. 

 

 


SON XƏBƏRLƏR

11 May 2024