• Bakı 16° C

    13.4 m/s

  • USD - 1.7

    EUR - 1.8451

    RUB - 0.0174

Sabah 33 dərəcə isti olacaq - PROQNOZ

CƏMİYYƏT

28 May 2024 | 13:20

Sabah 33 dərəcə isti olacaq - PROQNOZ

Mayın 29-na gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 50-70 % olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-19° isti olacaq.


    SON XƏBƏRLƏR

    17 Oktyabr 2024