• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Burda hər gün qəza olur - Əraziyə işıqfor qoyulub, amma...

CƏMİYYƏT

28 May 2024 | 15:37

Burda hər gün qəza olur - Əraziyə işıqfor qoyulub, amma...

Bakının Süleyman Vəzirov və Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsinə işıqfor qoyulsa da, işə salınmayıb

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ərazidə yaşayan sakinlər və həmin yoldan istifadə edən sürücülər bildiriblər.

Onların “ARB xəbər”ə dediklərinə görə, ərazidə hərəkəti tənzimləmək üçün işıqforların işləməməsi tıxacların yaranmasına və qəzaların baş verməsinə səbəb olur. 

Problemlə bağlı ekspert Yasin Mustafayev qeyd edib ki, elə kəsişmələr və birləşmələr var ki, orada işıqfor olmasa hərəkəti nizamlamaq mümkün deyil. Eyni zamanda orada yol nişanları da qurlaşdırılmalıdır. Çünki işıqforun olmadığı və ya ya işləmədiyi bir vaxtda yol nişanlarının qüvvəsi orada keçərli olmalıdır.

AYNA-nın mətbuat katibi Tural Orucovun sözlərinə görə, müxtəlif yol sahələrində nəqliyyat axını təhlil edilərək zəruri olan yerlərdə işıqforların qurlaşdırılması təmin edilir:

"Bu işlər Süleyman Vəzirov və Nəcəfqulu Rəfiyev küçələrinin kəsişməsində də həyata keçirilir. Nizamlayıcının işə salınması üçün texniki tamamlama işləri aparılır"

Tural Orucov texniki tamamlamanın yaxın vaxtlarda bitəcəyi və işıqforun istifadəyə veriləcəyini əlavə edib.

Aysel Nəcəfova

BDU-nun tələbəsi

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

26 Iyul 2024