• Bakı 26° C

    1.35 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Dünyada İLK DƏFƏ: Finlandiyada insanlara quş qripi peyvəndi vurulacaq

CƏMİYYƏT

27 Iyun 2024 | 15:07

Dünyada İLK DƏFƏ: Finlandiyada insanlara quş qripi peyvəndi vurulacaq

 Finlandiya insanları quş qripinə qarşı peyvənd edən ilk ölkə olacaq.

Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, bu barədə Finlandiya Sağlamlıq və Rifah İnstitutu (THL) açıqlama yayıb.

Açıqlamada qeyd olunub ki, peyvənd vəhşi quşlara qulluq edən sığınacaqlarda, fermalarda və ya heyvan mənşəli məhsulların emalı zavodları kimi təmizlik yerlərində işləyənlər peyvənd olunacaqlar. Bundan başqa, quş qripi insanlara yoluxduğu halda, şübhəli və ya təsdiqlənmiş bir hadisə ilə yaxın təmasda olan insanlar da peyvənd olunacaqlar.

Finlandiya artıq peyvəndin istehsalçısı olan "CSL Seqirus"dan hər biri iki inyeksiyadan ibarət olan 10 000 nəfər üçün peyvənd alıb. Vaksin xəz və quşçuluq təsərrüfatlarında çalışan işçilər, quş qripi nümunələrini emal edən laborantlar, xəz təsərrüfatlarının yerləşdiyi rayonlarda heyvanlara nəzarət işçisi kimi çalışan baytarlar kimi risk qrupuna daxil olan şəxslər üçün alınıb.

Prosesə gələn həftədən etibarən peyvənd vurulmasına başlanılacaq.

Gülşən Şərif


SON XƏBƏRLƏR

29 Iyun 2024