• Bakı 16° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.8335

    RUB - 0.0186

Limonlu suyun faydaları

CƏMİYYƏT

29 Aprel 2024 | 09:14

Limonlu suyun faydaları

Bağırsaqların aktiv işləməsinə kömək edərək həzmi rahatlaşdıran limon suyu detoksu, müntəzəm olaraq istehlak edildikdə yağları yandırır.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu sağlam qidalanma və pəhriz haqqında açıqlamaları ilə diqqət çəkən Prof. Dr. Canan Karatay bildirib.

Onun sözlərinə görə, gün ərzində tez-tez tualetə gedə bilməyən insanlar üçün səhərlər acqarına istehlak edilə bilən limonlu su qarışığı ilə arıqlamaq üçün bədəndə yığılan ödem sidiklə xaric edilir.

Maddələr mübadiləsinin sürətli işləməsinə kömək edən limon suyu, yağ yandırıcı təsiri ilə qısa müddətdə artıq yağlarınızdan qurtulmanıza kömək edir. Canan Karatay limonlu suyun sağlamlıq baxımından faydalarını sadalayıb:

- Limonlu su qaraciyərin sevimli qarışıqlarından biridir.

- Qaraciyəri toksinlərdən təmizləməyə kömək edən limonlu su immuniteti gücləndirir.

- Metabolizma və həzm problemlərinin qarşısını alır.

- Tərkibindəki pektin lifi ilə də iştaha nəzarəti təmin edir.

Limonlu su necə hazırlanır?

200 ml su, 1 limon.

Limonu suyun içinə sıxın və qaynadın. Bu müddət ərzində limon qabığını da içində saxlaya bilərsiniz və daha da faydalı ola bilər.

Qaynama prosesi bitdikdən sonra qarışığı isti halda istehlak edə bilərsiniz.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

14 May 2024