• Bakı 20° C

    2.22 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Bu gecə ilk Qədr gecəsidir

CƏMİYYƏT

29 Mart 2024 | 00:00

Bu gecə ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir.

Bakıvaxtı.az xəbər verir ki, ilk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir.

Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gecə ilk Qədr gecəsi başlayır.

Martın 30-u və aprelin 1-də də Qədr gecələri olacaq. Sonuncu Qədr hecəsi isə aprelin 5-də olacaq.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olduğu gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.

Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

Nazirlər Kabinetinin müvafiq qərarı iıə aprelin 10-u və 11-də Azərbaycanda Ramazan bayramı qeyd olunacaq.

Nərgiz Məmmədli


SON XƏBƏRLƏR

26 Aprel 2024