• Bakı 15° C

    3.08 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir

CƏMİYYƏT

27 Aprel 2024 | 17:11

Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edir

Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə “EFES - 2024” çoxmillətli təlim keçirilir.

Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələdən ibarət olan təlimə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu cəlb olunub.

“EFES - 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.


SON XƏBƏRLƏR