• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Buzovnada ağacları icra nümayəndələri kəsib?

CƏMİYYƏT

27 May 2024 | 16:17

Buzovnada ağacları icra nümayəndələri kəsib?

Bakıda 40-dan çox ağac kəsilib.

Bakıvaxtı.az bu barədə “ARB xəbər”ə istinadən xəbər verir.

Hadisə Buzovna qəsəbəsi, Xətai küçəsində baş verib.

Məlumata görə, sakinlər iddia edirlər ki, ağacları icra hakimiyyətinin nümayəndələri kəsin.

Məsələ ilə bağlı Buzovna qəsəbəsinin icra nümayəndəsi Emin Əliyev bildirib ki, icra əməkdaşları sadəcə olaraq orda quraşdırılmış məftil torları və o torların altındakı daşları söküblər.

11 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri Rəvan Teymurov isə qeyd edib ki, sözügedən ərazidə araşdırma zamanı şam ağaclarının kəsilməsi faktı təsdiqini tapıb və bununla bağlı akt tərtib olunub.

Bildirib ki, ağacların yerinə bərpası isə nazirliyin yox, hadisəni törədən tərəfin üzərindədir.

Aysel Nəcəfova

BDU-nun tələbəsi

Bakıvaxtı.az


SON XƏBƏRLƏR

26 Iyul 2024