• Bakı 25° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Sel keçən çaylarda suyun səviyyəsi izlənilir

CƏMİYYƏT

26 Iyun 2024 | 11:17

Sel keçən çaylarda suyun səviyyəsi izlənilir

Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-si saat 11:00-a olan məlumatına əsasən ölkə ərazisində yağan intensiv yağıntılarla əlaqədar Böyük Qafqazın ərazisindən axan Qaraçayda suyun səviyyəsi 13 sm, Katexçayda 12 sm, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayda 27 sm, Əsrikçayda 8 sm, Şəmkirçayda 4 sm artıb.

Bakıvaxtı.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyevin sözlərinə görə, iyunun 26-da səhər saat 8:00-8:30 radələrində yağan leysan yağış nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan, Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan və Şəki rayonu ərazisindən axan Kişçaydan sel keçib və hazırda davam edir: "Avtomat stansiyalar vasitəsilə çaylarda suyun səviyyəsi mütəmadi izlənilir".


SON XƏBƏRLƏR

28 Iyun 2024