• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Tozlu hava şəraitinin səbəbi açıqlandı

CƏMİYYƏT

27 May 2024 | 15:43

Tozlu hava şəraitinin səbəbi açıqlandı

Azərbaycanda müşahidə edilən toz kütləsi Türkmənistanın Qaraqum səhrası, İranın şimalı, eləcə də İraq ərazisindən ölkəyə daxil olub.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Xəzər Universiteti Ətraf Mühit Mərkəzinin direktoru, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rövşən Abbasov deyib.

Ekoloq hesab edir ki, hazırda müşahidə olunan toz hissəcikləri Azərbaycanın şərq hissəsinin əksər rayonlarını əhatə edir, transsərhəd mənşəlidir:

“Bakı və Abşeron yarımadasından əlavə, Şamaxıdan tutmuş Muğan, cənub zonasına, eləcə də Quba-Xaçmaz zonasının bir hissəsində müşahidə edilir. Toz kütləsinin Azərbaycana daxil olması səbəbindən PM (particullar matter - hava keyfiyyətinin təyin edilməsi üçün əsas göstərici) səviyyəsi kəskin artıb və daha çox Türkmənistanın Qaraqum və Qızılqum səhralarından, İranın şimalı, eləcə də İraq ərazisindən qaynaqlanır. Fırtınaların olması, küləklərin güclənməsi nəticəsində tozlanma böyük regional miqyasda baş verib".

R.Abbasov həmçinin vurğulayıb ki, ötən gün Bakıda havanın keyfiyyəti 500 ballıq şkala üzrə 240 olub:

“PM normadan çox olanda havanın keyfiyyəti aşağı hesab olunur. Ötən gün Bakıda 500 ballıq şkalada havanın keyfiyyəti 240 olub. Adətən, 0-50 şkalasında hava keyfiyyəti yaxşı hesab olunur. Bu o deməkdir ki, hava keyfiyyəti Bakıda normadan 4 dəfə aşağı olub. Bu cür tozlanmalar Bakıda yaz və yay aylarında müşahidə olunur. Ümumiyyətlə, toz kütləsi Azərbaycan ərazisinə çox müxtəlif - İraq, Səudiyyə Ərəbistanı, mərkəzi Asiyanın Qaraqum və Qızılqum səhralarından Xəzər dənizini keçməklə daxil olur”.


SON XƏBƏRLƏR

26 Iyul 2024