• Bakı 25° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.817

    RUB - 0.0199

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

CƏMİYYƏT

26 Iyun 2024 | 10:22

Yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

İyunun 26-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, bəzi yerlərdə arabir yağış yağıb, şimşək çaxıb.

    Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olub. Qərb küləyi bəzi yerlərdə arabir güclənib.

    Düşən yağıntının miqdarı Qaxda (Sarıbaş) 35 mm, Şəkidə 34 mm, Zaqatalada 21 mm, Balakəndə 10 mm, Oğuzda 8 mm, Daşkəsəndə 7 mm, Gədəbəydə 6 mm, Göygöl, Şəmkir, Qrız, Şahbuz, Gəncədə 5 mm-dək olub.

    İyunun 25-i saat 17:11 radələrində Qobustan rayonu Sündü kəndinə diametri 15 mm, iyunun 26-sı saat 08:24 radələrində Şirvan rayonuna 4 mm, saat 06:04-06:06 radələrində Zaqatala rayonuna 6 mm, saat 08:29 radələrində Zaqatala rayonu Yuxarı Tala kəndinə 8 mm, Oğuz rayon Xaçmaz və Xaçmazqışlaq kəndləri ərazisinə isə gecə saatlarında diametri 5 mm olan dolu düşüb.

    İyunun 26-da səhər saat 8:00-8:30 radələrində yağan leysan yağış nəticəsində Qax rayonu ərazisindən axan Kürmükçaydan və Qəbələ rayonu ərazisindən axan Dəmiraparançaydan sel keçib.

    Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 37, Naxçıvan MR-da 36, Aran rayonlarında 38, dağlıq rayonlarda isə 28 dərəcə isti olub.


    SON XƏBƏRLƏR

    28 Iyun 2024