• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

DİQQƏT: Bu ərazilərdə qaz olmayacaq

CƏMİYYƏT

26 Iyul 2024 | 08:56 | Müəllif: Qalib İbrahimoğlu

DİQQƏT: Bu ərazilərdə qaz olmayacaq

Xırdalan şəhərinin və Masazır qəsəbəsinin bəzi hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azəriqaz”dan bildirilib.

Verilən məlumata görə, SOCAR-ın “Qaz İxrac” İdarəsinə məxsus “Masazır yüksək təzyiqli” QPS-də təmir işləri görüləcək. Bu səbəbdən 26.07.2024-cü il saat 10:00-dan “Masazır” QPS-dən qidalanan "Masazır Qəsəbəsi(Masazır QPS)", "Duz Zavodu(Masazır QPS)" və “Azpetrol LTD” MMC-yə məxsus ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

    Təmir müddətində Abşeron rayonunun Masazır qəsəbəsi, yeni yaşayış massivi və Xırdalan şəhəri, AAF Park Yaşayış kompleksinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    21 Noyabr 2026