Makiyaj və dəriyə qulluq məhsullarından istifadə yaşının azalması Z nəslinin vaxtından əvvəl qocalmasına səbəb olur.
Bakıvaxtı.az xəbər verir ki, bu, ABŞ-ın Vaşinqton Universiteti Tibb Məktəbində keçirilən konfransda dərc edilən hesabatda yer alıb.
Hesabata görə, 1997-2012-ci illər arasında doğulanlar olaraq təyin olunan "Z nəsli"nin daha tez qocaldığı ortaya çıxıb. Bu konfransda dərc edilən hesabatda ağciyər, mədə, bağırsaq və uşaqlıq kimi xərçəng növlərinin gənc olmasına baxmayaraq Z nəslində tez-tez görüldüyü ifadə edilib. Bu vəziyyətin gənclərin daha sürətli hüceyrə yaşlanması ilə bağlı olduğu bildirilib.
İSÜ Medical Park Gaziosmanpaşa Xəstəxanasından Estetik Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Yakup Çil Z nəslinin qocalmasının səbəbləri ilə bağlı açıqlamalar verib.
Z nəslinin erkən yaşlanma əlamətlərini göstərməsinin bir çox səbəbi ola biləcəyini vurğulayan Yakup Çil qeyd edib ki, texnoloji inkişafın artması ilə Z nəsli vaxtının çoxunu sosial media və sosial ünsiyyət platformalarında keçirir. Bu zaman daha az hərəkət edən və daha az fiziki fəaliyyət göstərən Z nəsli ilə qarşılaşırıq. Daha az fiziki fəaliyyət daha çox kilo almağa səbəb ola bilər. “Artıq çəkisi olan gənclər yaşlarından daha yaşlı görünə bilər və daha çox çəki ilə ortaya çıxan piylənmə ilə bağlı sağlamlıq problemləri ilə üzləşməli ola bilərlər.
O, sosial platformalarda daha çox vaxt keçirən və yüksək inkişaf etmiş kompüter oyunu fantastikası ilə axşamlar gec yatan gənc nəslin daha az yatdığına diqqət çəkərək, bildirib ki, daha az yuxu dərinin sürətli yenilənməsini azaltdığı üçün daha yaşlı dəri quruluşunu ortaya çıxara bilər.
Onun sözlərinə görə, erkən yaşda siqaret və spirt içməyə başlama Z nəslinin daha yaşlı görünməsinə, dəri və bədən quruluşunun daha tez yaşlanmasına səbəb olur:
“Son illərdə Z nəsli arasında estetikaya tələbatın artdığını gördük. Sosial kommunikasiya şəbəkələrinə çıxış imkanlarının artması səbəbindən Z nəslinin bəyəndikləri insanlara və modellərə bənzəmək istəyi artır. Məşhur insanların üz və üz cizgilərinə sahib olmaq arzusu ilə dodaq dolğusu və digər estetik prosedurlara müraciət edən gənclərin sayı günü-gündən artır. Kino ulduzlarının və modellərin fotoşəkilləri ilə müraciət edib “məni belə edə bilərsən, mən bu dodaqları və bu burnu istəyirəm” deyən gənclərin sayı gündən-günə artır”
Z nəslinin vaxtından əvvəl qocalma problemindən necə xilas ola biləcəyi ilə bağlı təkliflər də verən Prof. Dr. Yakup Çil diqqət edilməsi lazım olanları belə izah edib:
“İlk növbədə gənclərə sağlam həyat tərzini öyrətmək faydalı ola bilər. Erkən yaşda siqaret və spirt istehlakını azaltmaq və insanları idmana həvəsləndirmək çox faydalı ola bilər. Sosial platformalarda və telefonda daha az vaxt keçirmək lazımdır. Gənclərə nizamlı yuxunun vacibliyini öyrətməliyik. Z nəslinə inkişaf dövründə erkən estetik tətbiqlərin bədən formasında və quruluşunda pisləşməyə səbəb ola biləcəyi izah edilməlidir. Sağlam qidalanma təliminin təmin edilməsi faydalı ola bilər. Nəticə etibarilə Z nəslinin vaxtından əvvəl qocalmasının və nəsillərin dəyişməsinin qarşısını almağa çalışmaq çağımızda çox mühüm insan vəzifəsidir”.
Nərgiz Məmmədli






jpg-1719389678.webp)









