• Bakı 14° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.8316

    RUB - 0.0185

Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - VİDEO

CƏMİYYƏT

27 Aprel 2024 | 18:22

Dağlıq ərazidə köməksiz qalan qadın xilas edildi - VİDEO

Yardımlıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan 33 yaşlı qadın xilas olunub.

Bakıvaxtı.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yardımlı rayonu, Masallı-Yardımlı avtomobil yolunun 17-ci kilometrliyində dağlıq ərazidə bir nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Masallı Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri xilasetmə işlərinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, dağlıq ərazidə 1991-ci il təvəllüdlü E.Şəfiyeva ayağından zədə alaraq köməksiz vəziyyətdə qalıb.

Xilasedicilər 1 km hündürlüyü olan ərazidən vətəndaşı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

 


SON XƏBƏRLƏR

10 May 2024