• Bakı 11° C

    2.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

ANAMA əməkdaşının yaralanmasına ABŞ-dan reaksiya

CƏMİYYƏT

27 Aprel 2024 | 18:20 | Müəllif: Subhan Mahmudov

ANAMA əməkdaşının yaralanmasına ABŞ-dan reaksiya

Bugünkü mina partlayışı nəticəsində ANAMA əməkdaşının yaralanması xəbəri bizi kədərləndirdi.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı Səfirliyinin X hesabında paylaşım edilib.

Qeyd olunub ki, Birləşmiş Ştatlar Azərbaycanın ərazilərinin minalardan təmizlənməsi üzrə səyləri dəstəkləyir.

Səfirlik eyni zamanda indiyədək baş vermiş mina partlayışları nəticəsində həlak olanların ailələrinə başsağlığı verib.

Qeyd edək ki, bu gün işğaldan azad edilmiş Şuşa rayonunun Qaybalı kəndi ərazisində mina hadisəsi baş verib. ANAMA əməkdaşı 1981-ci il təvəllüdlü Elçin Aydın oğlu Quliyev xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı nəticəsində xəsarətlər alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026