• Bakı 10° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Yeni doğulanların sayı 2023-cü ildə ən aşağı səviyyəyə düşüb

CƏMİYYƏT

28 Fevral 2024 | 10:03

Yeni doğulanların sayı 2023-cü ildə ən aşağı səviyyəyə düşüb

Yaponiyada 2023-cü ildə yeni doğulanların sayı 758 min 631 ilə indiyə qədərki ən aşağı səviyyəyə düşüb.

Bakıvaxtı.az "TRT Türk"ə istinadən xəbər verir ki, Yaponiya Səhiyyə, Əmək və Rifah Nazirliyinin açıqlamasına görə, 2023-cü ildə yeni doğulanların sayı əvvəlki illə müqayisədə 5,1% azalıb. 

Yeni doğulanların sayı 1949-cu ildə 2,69 milyon ilə ən yüksək həddə çatmışdı, 1973-cü ildə 2,09 milyon, 1983-cü ildə isə 1,5 milyon idi. Bu rəqəm ilk dəfə 2016-cı ildə 1 milyondan aşağı düşüb.

Xatırladaq ki, Milli Əhali və Sosial Təminat Araşdırma İnstitutu 2035-ci ildə yeni doğulanların sayının 760 mindən aşağı düşəcəyini proqnozlaşdırmışdı. Proqnoz gözləniləndən 12 il əvvəl gerçəkləşdi.

Yaponiyada 2023-cü ildə qeydə alınan nikahların sayı son 90 ildə ilk dəfə olaraq 500 mindən aşağı düşüb. Evliliklərin sayı 2023-cü ildə bir əvvəlki ilə görə yüzdə 5,9 azalaraq 489 min 281-ə çatıb. Bu rəqəm İkinci Dünya Müharibəsindən sonra ən aşağı səviyyəyə çatıb.

Ölkədə 1899-cu ildən bəri aparılan statistik məlumatlara görə, sonuncu dəfə 1933-cü ildə 486 min 58 nikah qeydə alınıb. Ən çox nikah 1 milyon 99 min 984 ilə 1972-ci ildə baş verib. Ölkədə 2023-cü ildə boşanmaların sayı 4 min 695 artaraq 187 min 798-ə çatıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026