• Bakı C

    10.62 m/s

  • USD - 1.7

    EUR - 1.7789

    RUB - 1.619

İnsan alveri qurbanları artır - DƏHŞƏTLİ RƏQƏMLƏR

DÜNYA

16 Dekabr 2024 | 01:00

İnsan alveri qurbanları artır - DƏHŞƏTLİ RƏQƏMLƏR

Dünyada insan alveri qurbanlarının sayı yenidən artır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisinin 156 ölkəni əhatə edən hesabatında məlumat yer alıb. 

Qeyd olunub ki, COVID pandemiyası dövründə bu göstərici azalsa da, 2022-ci ildə 25 faiz artıb. Əsas səbəblər kimi yoxsulluq, silahlı münaqişələr və iqlim böhranı göstərilir.

Hesabatda, xüsusilə uşaqların istismarı və məcburi əmək cinayətlərinin artması vurğulanıb. 

BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə Ofisinin icraçı direktoru Qada Valinin sözlərinə görə, cinayətkarlar getdikcə daha çox adamı məcburi əməyə, o cümlədən mürəkkəb onlayn fırıldaqçılıq və kibercinayətlərə cəlb edir. Qadınlar və qızlar cinsi istismar və gender əsaslı zorakılıq təhlükəsi ilə üzləşirlər.

Araşdırmalar göstərir ki, insan alveri qurbanlarının 61 faizi qadınlar və qızlardır.


SON XƏBƏRLƏR

15 Dekabr 2024