• Bakı 14° C

    5.87 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub

İDMAN

23 Aprel 2024 | 04:41

“İnter” 20-ci dəfə futbol üzrə İtaliya çempionu olub

Futbol üzrə İtaliya çempionatının 33-cü turunun matçında "Milan"ı 2:1 hesabı ilə məğlub edən "İnter" vaxtından əvvəl turnirin qalibi olub.

Bakıvaxtı.az xəbər verir ki, görüş "Cüzeppe Meatsa" stadionunda baş tutub.

"İnter"də qolları Françesko Acerbi (18-ci dəqiqə) və Markus Türam (49-cu dəqiqə) vurub. “Milan”ın yeganə qoluna isə Fikayo Tomori (80) imza atıb.

Bununla da “İnter” 86 xal toplayıb və çempionatın başa çatmasına 5 tur qalmış çempionluğunu elan edib. “Milan” 69 xalla 2-ci yerdədir. “İnter” 20-ci dəfə İtaliya çempionu olub və titulların sayına görə (19 qələbə) “Milan”ı ötüb. Rekordçu isə 36 dəfə çempion olmuş “Yuventus”dur.

Qeyd edək ki, ötən mövsüm "Napoli" İtaliya çempionu olub.


SON XƏBƏRLƏR