• Bakı 21° C

    5.53 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Gimnastlarımızdan Avropa çempionatında bürünc medal

İDMAN

22 May 2024 | 23:36 | Müəllif: Subhan Mahmudov

Gimnastlarımızdan Avropa çempionatında bürünc medal

Bu gün Macarıstanın paytaxtı Budapeştdə bədii gimnastika üzrə Avropa çempionatı start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, yarışın ilk günündə gənclər mübarizəyə qoşulublar.

Gənclərin fərdi mübarizəsinə Gövhər İbrahimova, Şəms Ağahüseynova, İlahə Bahadirova və Fidan Qurbanlı uğulu çıxış edərək, final mərhələsinə yüksəliblər. İlahə (29,850) topla çıxışında təsnifat mərhələsini 3-cü pillədə başa vurub. Şəms (29,000) lentlə 4-cü, Gövhər (30,050) halqa ilə 6-cı olub. Fidan (28,500) gürzə çıxışını 7-ci pillədə başa vuraraq, final mərhələsinə vəsiqə qazanıb.

Yekunda Azərbaycan yığması 117,400 xal toplayaraq, Avropa çempionatının bürünc medalını qazanıb. Rumıniya (125,100) qızıl, İsrail (123,750) gümüşə yiyələnib.

Qeyd edək ki, Avropa çempionatı mayın 26-da başa çatacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Oktyabr 2026