• Bakı 12° C

    11.45 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

AVRO-2024: Driblinq sayında liderdir

İDMAN

21 Iyun 2024 | 11:05

AVRO-2024: Driblinq sayında liderdir

İspaniya millisinin futbolçusu Lamin Yamal Almaniyada keçirilən Avropa çempionatında ən çox driblinq edən oyunçudur.

Bakıvaxtı.az xarici mətbuata istinadən xəbər verir ki, 16 yaşlı vinger iki matçda 7 dəfə bunu bacarmağa müvəffəq olub.

İkinci yerdə onun komanda yoldaşı Niko Uilyams, belçikalı Ceremi Doku, almaniyalı Camal Musiala və isveçrəli Dan Ndoye qərarlaşıblar. Onların hər biri 6 dəfə uğurlu driblinq ediblər.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq. İspaniya yığması ilk matçda Xorvatiyaya (3:0), ötən gün isə İtaliyaya (1:0) qalib gələrək 1/8 finala vəsiqə qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Noyabr 2026