• Bakı 18° C

    3.68 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Messi Ronaldodan üstündür”

İDMAN

20 Iyul 2024 | 19:17 | Müəllif: Subhan Mahmudov

“Messi Ronaldodan üstündür”

"Milan"ın sabiq müdafiəçisi Paolo Maldini hücumçular Kriştianu Ronaldu və Lionel Messi arasında seçim edib.

Bakıvaxtı.az xəbər verir ki, Maldini L.Messiyə üstünlük verdiyini deyib:

"Mən Ronaldunu da, Messini də yaxşı tanıyıram. Hər ikisi son illərdə ardıcıl olaraq "Qızıl top"u qazanıb, lakin mənim fikrimcə, Leo Kriştianudan üstündür. Ronaldu yüksəksəviyyəli oyunçu və güclü şəxsiyyətdir, amma mən Messiyə üstünlük verirəm".

Lionel Messi karyerası ərzində səkkiz "Qızıl top" qazanıb və bu göstərici üzrə rekordçudur. Ronaldu öz növbəsində beş dəfə "Qızıl top"u qazanıb.

Xatırladaq ki, 2018-ci ilin avqustunda Maldini "Milan" klubunun inkişafı üzrə direktor təyin edilib, bir il sonra isə texniki direktor vəzifəsinə keçib. O, 2022-ci ildə "Golden Boy" mükafatının "Ən yaxşı Avropa meneceri" kateqoriyasında qalib olub. 2023-cü ilin iyununda Maldini "Milan"ın texniki direktoru vəzifəsini tərk edib./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Noyabr 2026