• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

AVRO-2024: Ukrayna ilk qələbəsini qazanıb - YENİLƏNİB

İDMAN

21 Iyun 2024 | 18:55

AVRO-2024: Ukrayna ilk qələbəsini qazanıb - YENİLƏNİB

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşü başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar qələbə qazanıb - 2:1.

Matçda hesabı 17-ci dəqiqədə slovakiyalıların heyətində İvan Şrants açıb. 54-cü dəqiqədə "status kvo" bərpa olunub. Nikolay Şaparenko adını tabloya yazdırıb. Ukrayna yığmasına qələbə qazandıran qola isə 80-ci dəqiqədə Roman Yaremçuk imza atıb.

 

***18:42

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə hesab dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar hesabda önə çıxıb - 2:1.

Roman Yaremçuk 80-ci dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib.

 

***18:18

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə hesab bərabərləşib.

Bakıvaxtı.az xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar "status kvo"nu bərpa ediblər. - 1:1.

Nikolay Şaparenko 54-cü dəqiqədə rəqib komandanı oyuna mərkəzdən başlamağa məcbur edib.

 

***18:06

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə ikinci hissə start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə slovakiyalılar fasilədən sonra hesabda öndədirlər - 1:0.

17-ci dəqiqədə İvan Şrants fərqlənib.

 

***18:03

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə birinci hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə slovakiyalılar fasiləyə minimalhesablı üstünlüklə yollanıblar.

17-ci dəqiqədə İvan Şrants fərqlənib.

 

***17:25

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, slovakiyalılar hesabda irəli çıxıb.

17-ci dəqiqədə İvan Şranç fərqlənib.

Qarşılaşma davam edir.

***

17:16

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşü start götürüb.

Bakıvaxtı.az xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da başlayan E qrupunun oyununu ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.


SON XƏBƏRLƏR