“Biz, internat bacı-qardaşları demək olar ki, hər gün saatlarla danışırıq. Mənim istirahətim bir uşaqlarımladır, bir də bacı və qardaşlarımla”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Bahar Lətifqızı “Xəzər axşamı” verilişində deyib.
O, atası ilə münasibətlərindən də söz salıb:
“Bir Allah şahiddir ki, bizim yanımızda anamız, atamız olmayıb. Hətta bizə böyük sinifin uşaqları bir söz deyəndə, biz qaçıb bunları qardaşlarımıza deyirdik. Ana yox, ata yox, kimə deyəsən? Hətta vaxt olardı ki, bizə çörək çatmayanda, gedib oğurluq edib, çörəyi bizə verərdilər. Mən ümumiyyətlə, atamın yanımıza gəlməyini istəmirdim. Məhkəmənin qərarı da belə idi ki, uşaq ata ilə görüşə bilməz. Ancaq ana gələ bilərdi... Çox gəlirdi atam, amma mən görüşmürdüm. Hər şeyin səbəbi var. Elə şeylər var ki, o, bizim ailəmizin sandığıdır, boxçasıdır. Onları deyə bilmərəm”.
Qeyd edək ki, Bahar Lətifqızı 5 yaşından 1 saylı İnternatda yaşayıb.
Ziyafət Əlisoy
















