• Bakı 17° C

    4.15 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Elvin özündən çıxdı: "Bəlkə, düzgün seçim edəsiniz?" 

MƏDƏNİYYƏT-ŞOU

09 May 2024 | 12:19

Elvin özündən çıxdı: Bəlkə, düzgün seçim edəsiniz? 

"Azərbaycan ard-arda ikinci ildir ki, "Avroviziya"da final turuna vəsiqə qazana bilmir".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Elvin Babazadə sosial media hesabındakı paylaşımında deyib.

O, "Avroviziya"ya seçimlər edən münsiflər heyətini tənqid edib: 

"Bu çox böyük bir uğursuzluqdur. Amma bu uğursuzluqda bizim iştirakçılarımızı tənqid etmək olmaz, çünki onlar əllərindən gələni etdilər. Burada məsuliyyət münsiflərin üzərinə düşür. Sizə də elə gəlmirmi ki, artıq daha doğru seçimlər etmək lazımdır? Avropalılar, bəlkə, daha başqa bir şey gözləyir? Bəlkə, daha doğru seçimlər edəsiniz?"

Qeyd edək ki, "Avroviziya" mahnı müsabiqəsində bu il Azərbaycanı İlkin Dövlətov və FAHHRE təmsil ediblər.  Onlar final turuna vəsiqə qazana bilməyərək, vətənimizə geri döndüblər.

Ziyafət Əlisoy


SON XƏBƏRLƏR

19 May 2024