“Küsdüm, çox şeydən küsdüm. Burada çox şey məni küsdürdü”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Bəturə Hüseynova “Həmin Zaur” verilişində deyib.
İfaçı zamanında ona dəyər verilmədiyini deyərək gileylənib:
“Təəssüf ki, sənətə, sənətkara dəyər çox azdır. Bu, həqiqətdir. Hər şeyi insan özü edir. Mən bundan peşman da deyiləm. Ad almaqla deyil. Burada heç nəyim olmasa da, orada (Türkiyəni nəzərdə tutur - red.) hər şeyim var, Allaha şükür. Bu, bir problem deyil. Mən tamaşaçı sevgisi istədim, onun üçün darıxdım. Məndə fərqində olmadan “tükənmişlik” sindiromu olub”.
Qeyd edək ki, Bəturə Hüseynova Türkiyə vətəndaşı ilə evlənib. O, illərdir ki, Türkiyədə yaşayır.
Ziyafət Əlisoy
















