• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İnvestisiya özəl sektora buraxılmalıdır - Deputat

CƏMİYYƏT

17 Fevral 2023 | 15:19 | Müəllif: Qalib İbrahimoğlu

İnvestisiya özəl sektora buraxılmalıdır - Deputat

"Dövlət qurumlarında investisiya ilə bağlı məsələlərin təminatını demək çətindir".

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bütövlükdə investisiya özəl sektora buraxılmalıdır. Deputat qeyd edib ki, bir dövlət qurumunda verilən hansısa qanun, yerinə gələn başqa bir nazir tərəfindən dəyişdirilir. Ona görə də sərbəst vəsaitin dövlət qurumlarına aid edilməsi çətin məsələdir:

"Daha yaxşı olmazmı ki, sərbəst vəsaitlərin xərclənməsi məsələsi fondlara şamil edilsin? “Sosial sığorta haqqında” qanunda nəzərdə tutulan “sərbəst vəsaitlərin idarə olunması” o vaxt yararlı olardı ki, fərqlər həddindən artıq böyük olsun. Ona görə də biz özəl sektoru, istehsal məsələsinin inkişafını düşünməliyik”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026