• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Ukrayna səfirindən Novruz TƏBRİKİ

CƏMİYYƏT

19 Mart 2023 | 13:09 | Müəllif: Subhan Mahmudov

Ukrayna səfirindən Novruz TƏBRİKİ

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski Azərbaycan xalqını təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, səfir bu barədə Feysbuk səhifəsində paylaşım edib.
“Qardaş Azərbaycan xalqını dirçəlişi və yenilənməyi, bahar hərarətinin qışın soyuğu üzərində, xeyirin şər üzərində, həyatın ölüm üzərində qələbəsini simvolizə edən Novruz bayramı münasibətilə təbrik edirik!

Bu bayramın həm də Ukrayna və mənim sarsılmaz həmvətənlərim üçün simvolik mənası var - biz mütləq rus şərinə qalib gələcəyik, işığın zülmət üzərində qələbəsini qeyd edəcəyik, Ukraynanın dostları əhatəsində ailə rahatlığı və səmimi görüşlərin xoşbəxtliyini hiss edəcəyik!”, - deyə səfir qeyd edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026