• Bakı 17° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

iPhone 14 Pro qəzasları təyin edəcək- YENİ FUNKSİYA

Multİmedia

24 Sentyabr 2022 | 06:52

iPhone 14 Pro qəzasları təyin edəcək- YENİ FUNKSİYA

Bu ayın əvvəlində təqdim edilmiş yeni iPhone 14 smartfonları təkcə Dynamic Island adlı çıxıntı hissəyə sahib ekranlar ilə fərqlənmirlər.

Bakıvaxtı.az-ın məlumatına görə, belə ki, iPhone 14 modellərinin əldə etmiş olduqları daha bir maraqlı funksiya yol-nəqliyyat qəzalarının təyin edilməsidir. Bu funksiyanın məğzi ondan ibarətdir ki, istifadəçi hər hansı nəqliyyat vasitəsi daxilində olan zaman həmin nəqliyyat vasitəsində baş verə biləcək güclü silkələnmə anında iPhone 14 baş vermiş silkələnmə halını təyin edərək onu yol-nəqliyyat qəzası kimi qəbul edir və fövqəladə hallar xidməti ilə əlaqə saxlayır.

 Əgər silkələnmə halı yol-nəqliyyat qəzası ilə əlaqəli deyilsə, istifadəçi smartfonun fövqəladə hallar xidmətinə zəngini ləğv etmək üçün 10 saniyə vaxta sahib olur. Beləliklə bloggerlərdən biri iPhone 14 Pro modelində bu funksiyanın necə çalışdığını yoxlamaq qərarını verib. Bunun üçün o, əsl avtomobili qəza şəraitinə salıb. iPhone 14 Pro-da bu funksiyanın test videosu TechRax adlı Youtube kanalında təqdim edilib. Testi reallaşdırmış bloggerin sözlərinə əsasən test idarə olunan şərtlər çərçivəsində reallaşdırılıb və ətrafdakılara heç bir təhlükə yaratmayıb.Aparılmış testdə Mercury adlı köhnə avtomobildən istifadə edilib. Testin təhlükəsiz şəkildə aparılması üçün avtomobilə uzaqdan idarə sistemi quraşdırılıb. Avtomobilin hərəkət istiqamətinə isə öncədən bir neçə yararsız avtomobil yerləşdirilib (technote.az). iPhone 14 Pro öz növbəsində sürücü oturacağına bərkidilib. Uzaqdan idarə sistemi vasitəsilə avtomobil üçün qəza vəziyyətinin yaradılması çərçivəsində iPhone 14 Pro-dakı müvafiq funksiya həqiqətən də işə düşərək siqnal səsi verməyə və təcili xidmət ilə əlaqə yaratmağa başlayıb.


SON XƏBƏRLƏR

25 Aprel 2024