• Bakı C

    2.24 m/s

  • USD - 1.7

    EUR - 1.7426

    RUB - 1.6534

İpoteka və Kredit Fondunun reytinqi yüksəlib

İQTİSADİYYAT

13 Avqust 2024 | 10:37

İpoteka və Kredit Fondunun reytinqi yüksəlib

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi tərəfindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) fəaliyyətinin yenidən qiymətləndirilməsi həyata keçirilib.

İKZF-dan Bakıvaxtı.az-a bildirilib ki, agentliyin qiymətləndirməsinə əsasən, fondun uzunmüddətli xarici və yerli valyutada reytinqi “BB+” səviyyəsindən “BBB-” səviyyəsinədək yüksəldilib. Bu, Azərbaycanın suveren reytinqinin yüksəlməsindən sonra baş verib.

“Fitch”in mövqeyinə görə reytinqin ölkə reytinqinə bərabər “BBB-” səviyyəsində (proqnoz “stabil”) təsdiq olunması fond ilə dövlət arasında möhkəm əlaqənin olması və onun əlverişli mənzil təminatı, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsini asanlaşdırmaqla biznes mühitinin inkişafında mühüm strateji əhəmiyyətindən irəli gəlir.


SON XƏBƏRLƏR

14 Yanvar 2025