"Avropa İttifaqı hazırda qazın 18%-ni Rusiyadan alır. Halbuki 2021-ci ildə bu rəqəm 45% təşkil edirdi".
Bakıvaxtı.az "TASS"a istinadən xəbər verir ki, bunu Brüsseldə keçirdiyi mətbuat konfransında çıxış edən Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simson deyib.
O, hazırkı rəqəmlərin hələ də təsiredici olduğunu bildirib.
Qeyd edək ki, "Bloomberg" agentliyi Rusiya qazının Aİ-yə nəqlinə dair razılaşmanın dekabrda başa çatana qədər uzadılmayacağını bildirib. Ekspertlərə görə, bu, Avropanın enerji bazarlarında volatilliyə səbəb ola bilər. Norveçdən tədarükün kəsilməsi və ya soyuq hava ilə birlikdə LNG çatdırılması ilə bağlı problemlər Aİ-də qiymətlərin kəskin artmasına yol aça bilər.
Gülşən Şərif