• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Qazaxıstan və Türkmənistan ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq

İQTİSADİYYAT

11 Oktyabr 2024 | 11:26

Qazaxıstan və Türkmənistan ticarət dövriyyəsini 1 milyard dollara çatdıracaq

Qazaxıstan və Türkmənistan ikitərəfli ticarət dövriyyəsini 1 milyard dollara çatdırmaq niyyətindədirlər. 

Bakıvaxtı.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev və Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədov Aşqabadda mətbuat üçün birgə brifinq keçiriblər.

Qazaxıstan prezidenti birifinqdə çıxışı zamanı bildirib ki, birgə səylər sayəsində ötən ilin sonunda iki ölkə arasında ticarət dövriyyəsi 28 faiz artaraq yarım milyard dolları ötüb:

"Gələcəkdə Qazaxıstanın kənd təsərrüfatı məhsullarının, ilk növbədə buğdanın tədarükünün artırılması nəzərdə tutulur. Həmçinin energetika sahəsində əməkdaşlığın genişləndirilməsi prioritet istiqamət kimi müəyyən edilib və son illərdə mühüm irəliləyiş əldə olunub. Ticarət-iqtisadi potensialını tam reallaşdırmaq üçün Qazaxıstan regionlararası əməkdaşlığı birgə gücləndirilməlidir".

Tokayevin sözlərinə görə, iki ölkə arasında yükdaşıma həcmlərində də davamlı artım var. Ötən il Qazaxıstanla Türkmənistan arasında dəmir yolu daşımalarının həcmi 20 faiz artıb. və təxminən 1,5 milyon tona çatıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

20 Dekabr 2024