Beynəlxalq bazarlarda Brent markalı neftin bir barreli 78,33 dollara satılır.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Məlumata görə, ötən gün 79,72 dollara kimi bahalaşan Brent markalı neftin bir barel qiyməti günü 76,58 dollarla başa vurub. Brent markalı neftin bir barelinin qiyməti 2,29 faiz artaraq 78,33 dollar olub.
Qeyd edilib ki, ABŞ-yə təsir edən Milton qasırğasının yaratdığı narahatlıqlar və İsrailin İranın neft yataqlarına mümkün hücumu təhlükəsi səbəbindən neft qiymətləri artmaqda davam edir.
Nuriyyə Musayeva