• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Mənzillər kəskin BAHALAŞACAQ? -İqtisadçı AÇIQLADI

İQTİSADİYYAT

11 Oktyabr 2024 | 09:33

Mənzillər kəskin BAHALAŞACAQ? -İqtisadçı AÇIQLADI

Xəbər verdiyimiz kimi, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 87.7 milyon manat artırılaraq 1 milyard 68 milyon manata çatdırılıb. Bu isə o deməkdir ki, daha çox vətəndaş güzəştli ipoteka krediti götürə biləcək. 

Əlbəttə, mənzil arzusunda olanlar üçün bu, müsbət haldır, işin əmmalı tərəfi də olmamış deyil. Sözügedən Fondun nizamnamə kapitalının artırılmasından sonra bəzi ekspertlər  mənzil bazarında  bahalaşnanın olacacağını iddia ediblər. Bildirilib ki, son illərdə ölkədə mənzil satışlarının böyük bir hissəsi ipoteka kreditləşməsi ilə reallaşdırılır. Buna səbəb də mənzil bazarında olan qiymət artımıdır. Bahalaşma səbəbindən mənzil almaq istəyən əhali nağd şəkildə mənzil ala bilmədiyindən ipoteka krediti üçün müraciət edirdi.Buna görə də kredit üçün müraciət edən çox olurdu. Lakin limit olduğuna görə hər kəsə ipoteka krediti verilmirdi.

Vəziyyəti dəyərləndirən iqtisadçı-ekspert Pərviz Heydərov Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlər onsuz da bahadır. Onun sözlərinə görə, adətən, qiymətləri tələb və təkliflər nisbəti müəyyən etməli olsa da, ölkəmizin daşınmaz əmlak bazarında qiymətlər digər amillərin də mühüm rol oynadığı və təsir göstərdiyi bir şəraitdə formalaşır:

“Bu amillərdən ən mühümü ondan ibarətdir ki, daşınmaz əmlak ölkəmizdə evə, mənzilə yaşamaq üçün ehtiyac duyulan obyektdən savayı, bir növ yatırım vasitəsi kimi yanaşılır:

“Bir çoxları sərbəst vəsaitlərini daşınmaz əmlaka yatırırlar, lakin o şəxslərin mənzilə ehtiyacı yoxdur. Onlar əhaliyə tövsiyə edirlər ki, həmin qrupa daxil insanlar əllərində olan sərbəst vəsaiti həm də daşınmaz əmlaka yatırsınlar. Bir növ bununla vəsaitlərini sığortalamış olurlar. Nəticədə də qiymətlər şişir. Düzdür, qeyd oluna bilər ki, mənzilə ehtiyacı olan  insanların da sayı çoxdur, bu da qiymətlərin artımında mühüm rol oynayır. Amma ölkədə tikinti sektoruna, mənzil tikintisinə diqqət yetirsək, şahidi olarıq ki, burada təklif heç də aşağı səviyyədə deyil. Mövcud tələbi tam olmasa da, hər halda kifayət qədər ödəmə qabiliyyətindədir. Bu mənada sırf tələb və təklifin nisbətinə buraxılsa, hər şeyi tələb və təklifin nisbəti müəyyən etməli olsa, qiymətlər bu dərəcədə şişmiş olmaz. Təsəvvür edin ki, mənzilə ehtiyacı olanlar da çoxdur, yüksək qiymətə mənzil təklifləri də. Ona görə də bizdə mənzil bazarında onsuz da qiymətlər yüksəkdir. İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artması nəticəsində mənzillərin yenidən bahalaşacağı inandırıcı deyil”. 

Ölkədə sosial mənzillərin tikintisinin mövcud olduğunu deyən ekspert qeyd edib ki, proses bir neçə ildir davam edir:

“Düzdür, bu proseslə bağlı da narazılıqlar var. Müəyyən alqı-satqı prosesində bütün məsələlərin tam şəffaf şəkildə həyata keçirilmədiyi haqda vətəndaşlarda narazılıq var. Bundan əlavə, dövlət tərəfindən ipoteka kreditləşməsi, onun içərisində sosial ipoteka deyilən ipoteka kreditləri mövcuddur. Həm dövlət tərəfindən vətəndaşlara mənzil bazarında iştirak üçün əlçatanlıq təmin etmək məqsədilə dəstək mövcuddur, həm də ümumiyyətlə, bazarda tikinti sahəsində, mənzil tikinti sahəsində vəziyyət kifayət qədər qənaətbəxşdir. Bu mənada Fondun nizamnamə kapitalının artırılması yolu ilə genişlənməsi əhalinin müəyyən hissəsinə mənzil əldə etmək imkanları verəcək. Əhali üçün daşınmaz əmlak bazarında istəklərinə çatmaq üçün əlçatanlığı nisbətən yaxşılaşdıracaq. Nəticədə evlərin daha da kəskin bahalaşacağı gözlənilmir. Ona görə gözlənilmir ki, qiymətlər onsuz da kifayət qədər yüksəkdir”.

Pərviz Heydərov, İqtisadçı ekspert 

P.Heydərov onu da əlavə edib ki, alqı-satqı prosesində durğunluq mövcuddur:

“Sözügedən Fondun nizamnamə kapitalını artırmaqla o durğunluğu tam aradan götürmək mümkün olmayacaq. Təkrar edirəm, Azərbaycanda müəyyən vətəndaşlar üçün daşınmaz əmlak həm də yatırım vasitəsi hesab olunur, qiyməti də bahalaşdıran, qiymətləri şişirdən məhz bu amildir”.

Aydın Baxış


SON XƏBƏRLƏR

20 Dekabr 2024