• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

Azərbaycanda 9 ayda illik inflyasiya 1,5 % olub

İQTİSADİYYAT

11 Oktyabr 2024 | 12:15

Azərbaycanda 9 ayda illik inflyasiya 1,5 % olub

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 101,5 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 100,4 %, qeyri-qida məhsulları üzrə 101,4 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103?3 % təşkil edib.

Bakıvaxtı.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin sentyabr ayında istehlak qiymətləri indeksi ötən ilin eyni ayına nisbətən 103,5 %, o cümlədən qida məhsulları, içkilər və tütün məmulatları üzrə 102,9 %, qeyri-qida məhsulları üzrə 101,9 %, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 105,7 % olub.

Ötən ay istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 % təşkil edib. Qida məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 % təşkil edib.

Sentyabrda ayrı-ayrı qida məhsullarından daha çox artım uzun və yumru düyünün, mal və qoyun ətinin, kolbasa məmulatlarının, kərə yağının, yumurtanın, şaftalının, qozun, şabalıdın, pomidorun, şirin bibərin, badımcanın, göy lobyanın, yerkökünün, sarımsağın, soğanın, kartofun, azalma isə qarabaşaq yarmasının, limonun, almanın, armudun, üzümün, ağ kələmin, xiyarın, balqabağın, süfrə çuğundurunun qiymətlərində müşahidə olunub. Digər qida məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.


SON XƏBƏRLƏR

20 Dekabr 2024