• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 1.7609

    RUB - 1.6425

1100-dək bələdiyyənin 8 milyon manata yaxın borcu var

İQTİSADİYYAT

11 Oktyabr 2024 | 13:11

1100-dək bələdiyyənin 8 milyon manata yaxın borcu var

Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 1100-ə yaxın bələdiyyənin 8 milyon manata yaxın borcu var.

Bakıvaxtı.az xəbər verir ki, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, son açıqlanan rəqəm olsa da, bu statistika tez-tez dəyişir: “Amma borcların silinməsi bələdiyyələrdə arxayınlıq yarada bilər. Onlar gələcəkdə də sosial sığorta ödənişlərinin silinəcəyini düşünər”.

PA rəsmisi həmçinin bildirib ki, 400-ə yaxın bələdiyyənin torpaq vergilərindən əlavə gəlirləri yoxdur.


SON XƏBƏRLƏR

20 Dekabr 2024