• Bakı C

    12.25 m/s

  • USD - 1.7

    EUR - 1.8507

    RUB - 0.0182

İran bütün diplomatik etiketləri pozdu - Bundan sonra...

SİYASƏT

30 Yanvar 2023 | 17:29

İran bütün diplomatik etiketləri pozdu - Bundan sonra...

Xəbər verdiyimiz kimi, Azərbaycan İrandakı səfirliyinin fəaliyyətini dayandırıb. Baş verən proseslər İran-Azərbaycan münasibətlərini hansı səmtə aparır?

Milli Məclisin Azərbayca-İran parlamentlərarasl əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşiroğlu Bakıvaxtı.az-a bildirib ki, Azərbaycan bu addımı atmaqla haqlı olaraq İran tərəfinə iradını bildirdi:

“1946-cı ildə “statuslar və imtiyazlar haqqında” BMT deklorasiyası qəbul olunub. 1961-ci ildə “diplomatik əlaqələr haqqında” Vyana Konvensiyası, 1963-cü ildə “konsulluq əlaqələri” Vyana Konvensiyası qəbul olunub. Həmin konvensiyalarda səfirliyin yerləşdiyi dövlət təhlükəsizliyə görə birbaşa məsuliyyət daşıyır. Bu baxımdan, İran bu konvensiyaların tələblərindən irəli gələn vəzifələri yerinə yetirməyib”.

Deputatın sözlərinə görə, bu səbəbdən də, təbii ki, bizim İrandakı səfirliyimizin fəaliyyətinin dayandırılması üçün ciddi əsaslarımız var. “Bundan sonra Azərbaycan və İran arasındakı münasibətlərin hansı səviyyədə irəliləyəcəyini söyləmək çətindir. Lakin hesab edirəm ki, ilkin məsələ səfirliyimizə qarşı törədilən bu terror hadisəsinin dərindən araşdırılması və onun günahkarlarının sərt şəkildə cəzalandırılmasıdır”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

18 Mart 2024