• Bakı 19° C

    3.5 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

İran-Ermənistan ittifaqı Azərbaycana qarşıdır?

SİYASƏT

01 Mart 2023 | 13:20 | Müəllif: Qalib İbrahimoğlu

İran-Ermənistan ittifaqı Azərbaycana qarşıdır?

Xəbər verdiyimiz kimi, bugünlərdə İranın əmək və sosial rifah naziri Seyid Sultan Mortazavi Ermənistana səfər edib.

Bakıvaxtı.az xəbər verir ki, iranlı nazir İrəvanda ermənistanlı həmkarı Narek Mkrtçyanla görüşündə iki ölkə arasında xüsusilə son illərdə sıx və səmərəli əməkdaşlığın inkişaf etdiyini deyib. İranlı nazir qonşu dövlətlərlə, xüsusən də Ermənistanla əməkdaşlığın inkişaf etdirilməsini Tehranın siyasətinin əsas prioritetlərindən biri olduğunu bildirib.

“Biz iki ölkə arasında sosial müdafiə sahəsində səylərin əlaqələndirilməsinə böyük əhəmiyyət veririk. Biz Qafqazda sülh və sabitliyin olması üçün ölkəmizin potensialını və imkanlarını sərmayə qoymağa hazırıq”, - deyə Mortazavi bildirib.

O, ölkəsinin ən yaxşı təcrübələrini bölüşməyə və 2020-ci il müharibəsi zamanı əlil olmuş Ermənistan vətəndaşlarına reabilitasiya xidmətləri göstərməyə hazır olduğunu deyib.

İran tərəfinin birgə peşə məktəblərin yaradılması ilə bağlı təklifi müzakirə olunub. Bundan əlavə, nazirlər Sünik vilayətində müstəqil Ermənistan-İran mərkəzinin yaradılması imkanlarını müzakirə ediblər. İranlı nazirin sözlərinə görə, iki ölkə arasında xüsusilə son illərdə sıx və səmərəli əməkdaşlıq inkişaf edib.

Milli Məclisin deputatı Arzu Nağıyev Bakıvaxtı.az-a deyib ki, Azərbaycan onsuz da İranın mövqeyindən xəbərdardır:

“İran 44 günlük Vətən müharibəsində etdiyi yardımlarla yanaşı, indiki addımı ilə bir daha sübut etməyə çalışır ki, Ermənistanın yanındadır”. Deputat qeyd edib ki, tərəflər İranla Ermənistan arasında peşə məktəblərinin yaradılması, ermənilərin o məktəbdə təhsil alması, kadr kimi yetişdirilməsinə də toxunublar: “Yəni onlar iki ölkə arasında əməkdaşlığı bir daha dilə gətirməklə, Qafqazda olan ölkələrə, əsas da Azərbaycana mesaj ötürür. Bu məsələdə biz artıq İranın mövqeyini onsuz da bilirik”.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Oktyabr 2026