• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xankəndi-Laçın yolu: Mübarizə 110 gündür davam edir

SİYASƏT

31 Mart 2023 | 08:24 | Müəllif: Qalib İbrahimoğlu

Xankəndi-Laçın yolu: Mübarizə 110 gündür davam edir

Azərbaycanlı eko-fəalların Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan dinc etiraz aksiyası davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün aksiyanın 110-cu günüdür,

Gecə saatlarında da aksiyanı davam etdirən iştirakçılar növbəti günə adəti üzrə Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar.

Aksiyanın tələb və şüarları dəyişmə olaraq qalır. Belə ki, asiyada Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılması, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsi tələb olunur.

Azərbaycan, rus və ingilis dillərində mütəmadi olaraq plakatlar qaldıran iştirakçılar, "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər.

Qeyd edək ki, aksiya ötən il dekabrın 12-dən başlayıb

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026