• Bakı 21° C

    4.32 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

İran hökuməti zəlzələdən ziyan çəkən azərbaycanlıları Allah ümidinə buraxıb

SİYASƏT

31 Yanvar 2023 | 11:17

İran hökuməti zəlzələdən ziyan çəkən azərbaycanlıları Allah ümidinə buraxıb

“Bildiyiniz kimi, Güneydə, yəni Xoy şəhərində güclü zəlzələ olub və mindən çox yaralımız var. Lakin İran dövləti onlar üçün bir iş görmür”.

Bunu Bakıvaxtı.az-a milli fəal, GünAz Tv-nin təsisçisi Əhməd Obalı deyib.

Onun sözlərinə görə, hazırda Xoyda -10 dərəcə soyuq var və ordakı insanlar çadırsız qalıb.

Milli fəal hesab edir ki, bu da Güney Azərbaycanda etirazları gücləndirə bilər.

Qeyd edək ki, yanvarın 28-də gecə Güney Azərbaycanın Xoy şəhərində 5,9 bal gücündə zəlzələ baş verib.

Zəlzələ nəticəsində 3 nəfər ölüb, 1200-ə yaxın insan xəsarət alıb, xeyli sayda evlər dağılıb.

İrana qarşı müharibə hazırlandığını da diqqətə çatdıran Ə.Obalı qeyd edib ki, amma bu, Azərbaycan tərəfindən deyil. Onun fikrincə, bu, İsrail və Qərb ölkələri tərəfindən onsuz da dolaysı yolla başlayıb: “Bildiyiniz kimi, iki gün əvəəvl İranın 5 şəhəri PUA-larla vurulub. İran Azərbaycanı öz siyasəti ilə bu koalisiyaya qoşacaqmı, ya ortadamı saxlayacaq, onu onların siyasəti təyin edəcək. Azərbaycan dövləti çox ağıllıdır və inanmıram ki, İranın qurduğu koalisiyaya getsin. Lakin dediyim kimi, hər şey İranın siyasətindən asılıdır”.

Nuranə Daxilqızı


SON XƏBƏRLƏR

26 Aprel 2024