• Bakı 7° C

    0.55 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Ekoaksiyanın 81-ci günü

SİYASƏT

02 Mart 2023 | 08:59 | Müəllif: Qalib İbrahimoğlu

Ekoaksiyanın 81-ci günü

Azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyası davam edir.

Bakıvaxtı.az xəbər verir ki, bu gün aksiyanın 81-ci günüdür.

Aksiya gecə saatlarında da davam edib. İştirakçıları adəti üzrə növbəti günə də Azərbaycanın Dövlət Himnini səsləndirməklə başlayıblar. 

Aksiyada Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarının dərhal dayandırılması tələb olunur.

İştirakçılar “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!”, “Təbiəti qoruyun” kimi şüarlar səsləndirirlər.

İsmayıl Alısoy


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Noyabr 2026