• Bakı 14° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

İlham Əliyev bu qanunu təsdiqlədi

SİYASƏT

31 Mart 2023 | 15:34

İlham Əliyev bu qanunu təsdiqlədi

Prezident İlham Əliyev Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib.

Bakıvaxtı.az  xəbər verir ki, dəyişikliyə əsasən, Məcəllədə “Borc müqaviləsi” ilə bağlı hissə təkmilləşdirilib, eləcə də sənədə “Kredit müqaviləsi” və “İstehlak krediti müqaviləsi” anlayışları daxil edilib.

İstehlak krediti müqaviləsinin şərtlərinə görə, vətəndaş pul vəsaitinin ona verildiyi gündən 30 gün müddətində heç bir səbəb göstərmədən müqavilədən imtina edə bilər. Bu halda, istehlakçı müqavilə üzrə verilmiş pul vəsaitini və həmin pul vəsaitinin verildiyi gündən qaytarıldığı günədək hesablanan faizləri ödəməlidir. Borcverən tərəfindən ödənilən dövlət rüsumu və xidmət haqlarının məbləği istisna olmaqla, istehlakçıdan kompensasiya və hər hansı digər ödənişlərin alınması yolverilməzdir.

İstehlakçı imtina hüququndan istifadə etdikdə, istehlak krediti müqaviləsi ilə bağlı borcverənlə və ya borcverənlə bağladığı müqavilə əsasında xidmət göstərən üçüncü şəxslə bağlanmış əlavə xidmət müqavilələrinə xitam verilir və istehlakçı həmin müqavilələr üzrə hər hansı öhdəlik daşımır.

İstehlakçı istehlak kreditini istənilən vaxt xəbərdarlıq etmədən tamamilə və ya qismən borcverənə qaytara bilər. Bu halda, kreditin qalıq müddətinə görə hesablanmış faizlər və (və ya) digər haqlar vaxtından əvvəl ödənilmiş məbləğə mütənasib olaraq azaldılır.


SON XƏBƏRLƏR

19 May 2024