• Bakı 25° C

    11.24 m/s

  • USD - 1.7

    EUR - 2.0054

    RUB - 2.1663

İran MAQATE ilə əməkdaşlığı dayandırdı – Pezeşkian qanunu təsdiqlədi

DÜNYA

02 Iyul 2025 | 12:02

İran MAQATE ilə əməkdaşlığı dayandırdı – Pezeşkian qanunu təsdiqlədi

İran Prezidenti Məsud Pezeşkian ölkə parlamentinin Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlığı dayandırmaqla bağlı qəbul etdiyi qanunu imzalayıb.

Bakıvaxtı.az-ın İran dövlət televiziyasına istinadla verdiyi məlumatına görə, beləliklə, qanun qüvvəyə minib.

Prezidentin imzaladığı qanun hökuməti MAQATE ilə bütün əməkdaşlığı dayandırmağa məcbur edir. Bu addım İsrail və ABŞ-nin son hərbi hücumlarına və Beynəlxalq Agentliyin həmin hücumlara qarşı heç bir mövqe bildirməməsinə cavab olaraq atılıb.

Qeyd edək ki, qanun layihəsi İran parlamentində iyunun 25-də keçirilən səsvermə zamanı yekdilliklə – 221 səslə qəbul olunub. Layihənin bütün maddələri analoji səs çoxluğu ilə təsdiqlənib.

Əli Hüseynov


SON XƏBƏRLƏR

02 Iyul 2025