• Bakı 10° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"İran rejimi asanlıqla təslim olmayacaq, ancaq çin şüşədən çıxıb"

DÜNYA

04 Noyabr 2022 | 11:33 | Müəllif: Qalib İbrahimoğlu

"İran rejimi asanlıqla təslim olmayacaq, ancaq çin şüşədən çıxıb"

“Vaşinqtonun Tehranla nüvə anlaşmasına marağı azalıb, danışıqlar dondurulub”.

Bakıvaxtı.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Politoloq bunun təbii ilduğunu deyərək, bildirib ki, İran çalxalanır, Vaşinqton hazırkı vəziyyətdə gözləmə mövqeyinə keçərək hadisələrin hansı istiqamətdə inkişafını müşahidə edəcək. Onun sözlərinə görə, bunu ABŞ prezidenti Co Baydenin “biz İranı tezliklə azad edəcəyik” açıqlaması da xəbər verir.

"Ağ Ev sahibi Kaliforniyada çıxışı zamanı deyib ki, İranda hökumət əleyhinə olan nümayişçilər tezliklə azadlıq əldə edəcəklər. ABŞ prezidenti “nümayişçilər tezliklə azadlıq əldə edəcəklər” dedikdə İranda rejim dəyişikliyini nəzərdə tutub. Bu, asan başa gəlməyəcək. Rejim asanlıqla təslim olmayacaq, ancaq proses artıq başlayıb, çin şüşədən çıxıb".

Şahinoğlu hesab edir ki, Ağ Ev sahibi “biz İranı azad edəcəyik” dedikdə isə işin içində ABŞ və müttəfiqlərinin də olacağına işarə edir: "Bircə Vaşinqton İranda 1950-ci illərin səhvini təkrarlamasın. ABŞ və Böyük Britaniya kəşfiyyatı 1953-cü ildə yerli əlaltıları vasitəsilə İranın o zamankı liberal görüşlü baş naziri Məhəmməd Müssədiqi devirərək şah rejiminin davamına üstünlük verməklə illər sonra dindarların fəallaşmasına və İslam inqilabına şərait yaratdılar”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026