• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8399

    RUB - 0.0185

Qadın heç vaxt ərini aldatmayıb, amma uşağı ondan deyil

DÜNYA

04 Dekabr 2022 | 10:58

Qadın heç vaxt ərini aldatmayıb, amma uşağı ondan deyil

Qana sakini ərinə sadiq qalıb, lakin DNT testindən keçib və məlum olub ki, o, başqa kişidən uşaq dünyaya gətirib.

Bakıvaxtı.az bildirir ki, bu barədə "The Mirror" məlumat yayıb.

Adının açıqlanmasını istəməyən qadın qəribə vəziyyətlə bağlı izahat tapmaq ümidi ilə qanalı musiqiçi David Bondze-Mbirlə əlaqə saxlayıb. Bondze-Mbirə müxtəlif məsələlərdə kömək üçün çox müraciət edirlər.

Qadın övladı ilə bağlı nəsə olduğuna dair şübhələrindən yazıb və bu səbəbdən də onun üzərində DNT testi keçirməyə qərar verib. Testin nəticələri göstərib ki, Qana sakininin əri uşağın atası deyil. Eyni zamanda qadın sevgilisini heç vaxt aldatmadığını və tanış olduqları andan onunla birlikdə olduğunu iddia edib. O, toydan bir neçə ay sonra hamilə qalıb.

"Əri yeganə sevdiyi insan olduğu üçün bu test nəticələrinin nə demək olduğunu anlamır. Heç kim onun ərini aldatmadığına inanmayacaq", - deyə Bondze-Mbir vurğulayıb. Musiqiçinin özü bu qadına inandığını bildirib.

Şərhlərdə minlərlə insan bunun necə baş verə biləcəyi ilə bağlı təkliflərini irəli sürüb. Çoxları yazıb ki, uşağını doğum evində dəyişdiriblər. Buna Bondze-Mbir etiraz edib ki, testə görə qadın uşağın anasıdır. Bəzi istifadəçilər nəticə çıxarmazdan əvvəl başqa bir test keçirməyi təklif ediblər.

"Ola bilsin ki, ərinin anasının hamiləlik zamanı əkiz övladı var idi və o biri sağ qalmadı. Və körpədə doğulmamış əmisinin DNT-si var. Ərin iki DNT-si ola bilər. Bu nə baş verə biləcəyini izah etmək üçün sadəcə bir nəzəriyyədir. Fakt deyil", - başqa istifadəçilər yazıb.

Bu nəzəriyyəni başqa bir istifadəçi də təsdiqləyib: "Youtube-da bir ananın üç övladının DNT testinin mənfi çıxdığı bir videoya baxdım. Sonradan məlum olub ki, qadında iki DNT dəsti var. O, normal formalaşa bilməyən əkizinin DNT-sini əldə etdi, övladlarında isə doğulacaq əkizinin DNT-si var idi", - o deyib.(milli.az)


SON XƏBƏRLƏR

28 Mart 2024