• Bakı 12° C

    5 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Koronavirusun yeni növü yayılır - Dünyada yenə həyəcan təbili 

DÜNYA

03 Yanvar 2023 | 00:30 | Müəllif: Subhan Mahmudov

Koronavirusun yeni növü yayılır - Dünyada yenə həyəcan təbili

Alimlər "XBB.1.5" adlı yeni variantın aşkarlandığını elan edərək, kritik xəbərdarlıqlar ediblər.

Bakıvaxtı.az bildirir ki,müvafiq olaraq, "XBB.1.5" koronavirusun əvvəlki növləri ilə müqayisədə daha sürətlə yoluxdurur.

Mütəxəssislər hesab edirlər ki, bu variant da sürətlə yayıla, səhiyyə sistemini çətin vəziyyətə sala bilər. Ona görə də alimlər indiki anda yaxın təmasdan çəkinməyi məsləhət görürlər. Bununla belə, alimlər hesab edirlər ki, yeni ştamm əvvəlkilərdən daha ağır xəstəliyə səbəb olmur.

Böyük Britaniyada təxminən 1 ay ərzində koronavirusa yoluxanların 4 faizində "XBB.1.5" aşkarlandığını bildirib.

Bununla belə, "XBB.1.5" in "Omicron"un mutasiyaya uğramış versiyası olduğu və ilk dəfə avqust ayında Hindistanda aşkarlandığı deyilir.

Uorvik Universitetinin virusoloqu, professor Lourens Yanq deyib: "XBB.1.5" variantı çox yoluxucudur və Nyu-Yorkda xüsusən də yaşlılar arasında xəstəxanaya yerləşdirmə sayının artmasına səbəb olur".(musavat.com)

Mütəxəssislər "XBB.1.5" variantının simptomlarının "Omicron"la oxşar olduğunu açıqlayıb. Onlar aşağıdakılardır:

-Öskürək
-Soyuqdəymə hissi
- Qızdırma
-Boğaz ağrısı
- Bədən ağrıları


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026