Kiyev şərtlər irəli sürməsə, Moskva danışıqlara hazırdır.
Bakıvaxtı.az bildirir ki, bunu Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko deyib.
"Bizim mövqeyimiz aydın, anlaşılan və şəffafdır. Biz onların irəli sürməyə çalışdıqları ilkin şərtlər olmadan danışıqlara hazırıq. Amma Kiyev rejimi real danışıqlara hazırdırsa, biz bunu görmürük. ", - Matviyenko bildirib.
















